<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Qəlbim kükrəyib - daşar, Rəbbə nəğmələr qoşar,
 Ona alqışlar deyib səadətə qovuşar.

[C1]
   Alqışlar, Sənə Rəbb İsa!
   İzzətlər, Sənə Rəbb İsa!
   Mən Sənə minnətdaram,
   Ulu Padşahımıza!

[V2]
 Tək Səndədir nicatım, tək Səndədir varlığım,
 Tək Səndədir sevincim, sonsuz bəxtiyarlığım.

[V3]
 Mənim həyat çörəyimsən, mənim vuran ürəyimsən,
 Damarımda axan qanım,ümidim, diləyimsən.</lyrics>
<title>Qəlbim kükrəyib - daşar İL61</title>
<hymn_number>61</hymn_number>
</song>